Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsinin təmirinə başlanılıb FOTO

9 Sentyabr 2022- 16:00

Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Səbail rayonunu da əhatə edir. Bu çərçivədə rayonun Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsində  təmir işləri aparılır. 

560 metr uzunluğa malik olan küçənin eni ortalama 9.5 metrdir.

Təmir işləri çərçivəsində hazırda küçədə piyada səkilərinin yenilənməsi işləri aparılır.

Daha sonra frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq. 

Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ildə Səbail rayonu üzrə ümumi uzunluğu 5 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.


YOLUNUZ AÇIQ OLSUN..