Bakı şəhəri, Fətəli xan Xoyski prospektinin bir hissəsində təmir işlərinə start verilib MƏLUMAT

7 Sentyabr 2022- 15:38
11 Bakı şəhəri, Fətəli xan Xoyski prospektinin bir hissəsində təmir işlərinə start verilib

Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan hissəsində təmir işlərinə start verilib. 

Təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 12 sentyabr saat 20:00–dək qismən məhdudlaşdırılacaq. 

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.