Tbilisi prospektində təmir işləri davam etdirilir VİDEO/FOTO

29 Avqust 2022- 11:55

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində icra olunan təmir işləri davam edir. 

Hazırda təmir sözügedən prospektin  Abbasqulu ağa Bakıxanov  küçəsindən İzmir küçəsinədək olan hissəsində aparılır. Qeyd olunan hissənin ortalama eni 13 metr təşkil edir. 

Aparılan işlər çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi işləri görülüb. 

Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 
YOLUNUZ AÇIQ OLSUN...