Sürücülərin nəzərinə! MƏLUMAT

11 Avqust 2022- 14:40
11 Sürücülərin nəzərinə!

Avqust ayının 13-dən 14-nə keçən gecədən etibarən (saat 01:00-dan 06:00-dək) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci km-lik hissəsində, eyni zamanda Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformalarının quraşdırılması işləri aparılacaq. 

Bununla əlaqədar olaraq sürücülərdən qeyd olunan vaxtda sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.