Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viaduklar belə inşa edilir VİDEO/FOTO

15 İyul 2022- 11:00

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda viadukların (dərə üzərində inşa edilən körpü) tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir.

Beynəlxalq təcrübədə dərə keçidləri üzərində inşa edilən hündür qabaritli viaduklarda bu üsuldan istifadə olunması daha məqsədəuyğun sayılır.

Qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 79.7-ci km-də inşa edilən və ortalama uzunluğu 380 m (sol-410 m, sağ-350 m) olan viaduk da daxil olmaqla 3-nün tikintisində istifadə olunur.

Xatırladaq ki, 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yolboyu 137 müxtəlif diametrli suötürücü boru (7 200 p/m),  30 yeraltı keçid (1110 m), 7 körpü (763 p/m), 7 tunel (6358 m) və 9 viaduk (1980 m) inşa edilir.

BÜTÜN YOLLAR QARABAĞA APARIR...