Sürücülərin nəzərinə!

13 İyul 2022- 16:39
11 Sürücülərin nəzərinə!

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində (Bakı şəhəri istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 14 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.