Sürücülərin nəzərinə! Bir-neçə ərazidə yollar xətlənir

18 Aprel 2016- 00:00
11 Sürücülərin nəzərinə! Bir-neçə ərazidə yollar xətlənir

              Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə paytaxtın bir-neçə küçə və prospektində yol cizgi, yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının rəglənməsi və zəruri olan yerlərdə yol nişanlarının yenilənməsi, yeni nişanların quraşdırılması işlərinə start verilir.

 

                Yalnız işlərin aparıldığı ərazilərdə avtomobillərin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır (bir hərəkət zolağında işlər aparılan zaman digər zolaq açıq qalır və avtomobillər hərəkətlərini maneəsiz davam etdirə bilirlər).  

 

                Sadalanan işlər bu gün, yəni 18 aprel saat 16:00-dan başlayır və 19 aprel səhər 6:00-dək davam edəcək.

 

İşlərin aparıldığı ərazilər:

  1.  Tbilisi prospekti –  “İzmir” dairəsindən “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət)
  2.  Ziya Bünyadov prospekti –  “Xutor” yol qovşağından “20 Yanvar” dairəsinədək olan hissə (hər iki istiqamət)
  3.  Moskva prospekti –  Əsas yol və yan yollar, yəni “Şamaxinka” deyilən ərazi (hər iki istiqamət)
  4. “Biləcəri enişi” və “Biləcəri” dairəsi
  5. Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçən yolun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxan hissəsi