Sürücülərin nəzərinə!

5 İyul 2022- 10:18
11 Sürücülərin nəzərinə!

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-110 km hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə
düşmüş təhlükəsizlik sədlərinin söküntüsü aparılır.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə  riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.