Sürücülərin nəzərinə! Bu ərazidə hərəkət qismən məhdudlaşdırılacaq MƏLUMAT

29 İyun 2022- 16:54

30 iyun saat 08:00-dan 3 iyul saat 20:00-dək Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.