Piyada keçidinə su sızması suvarılma üçün nəzərdə tutulmuş xətdə baş vermiş qəza ilə bağlıdır MƏLUMAT

20 İyun 2022- 13:01
11 Piyada keçidinə su sızması suvarılma üçün nəzərdə tutulmuş xətdə baş vermiş qəza ilə bağlıdır

Bu gün səhər saatlarında “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızması faktı qeydə alınıb. Dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub. 

Araşdırma zamanı məlum olub ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə qəza baş verib və nəticədə su keçidə sızmağa başlayıb. 

Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.