İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənib YENİLƏNİB

26 May 2022- 16:17

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun 16.5-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

14:17

İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun 16.5-ci km-də yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.

Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən canlı qüvvə və texnika cəlb edilərək ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənərək hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılır.

YOLUNUZ AÇIQ OLSUN...