Agentliyin rəhbərliyi magistral avtomobil yolunda aparılan tikinti-bərpa işlərinə baxış keçirib FOTO

5 May 2022- 14:11

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda aparılan tikinti-bərpa işlərinə baxış keçirib.

Agentliyin İdarə heyətinin sədri Saleh Məmmədov tikinti-bərpa işləri ilə yerindəcə tanış olub, işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır.