Paytaxtın üç prospektində deformasiyaya uğramış örtük yenilənib VİDEO/FOTO

4 May 2022- 16:13

Bakı şəhəri, Heydər Əliyev, AzadlıqQara Qarayev prospektlərinin bir hissəsində təmir işləri icra olunub.

Təmir işləri zamanı deformasiyaya uğramış örtüyün üst qatı frezlənərək kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Heydər Əliyev prospektinin Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) 1750 kv.m sahəsində, Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsinin 4 min kv.m sahəsində, həmçinin Qara Qarayev prospektinin (YAP-ın təşkilatının inzibati binasının önü) 600 kv.m sahəsində təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq 30 aprel 01 may tarixlərində, qeyri-iş günlərində yerinə yetirilib.

YOLUNUZ AÇIQ OLSUN...