Sürücülərin nəzərinə! MƏLUMAT

29 Aprel 2022- 17:09
11 Sürücülərin nəzərinə!

30 aprel və 01 may tarixlərində (şənbə və bazar günləri) aşağıda qeyd olunan prospektlərin müəyyən hissələrində təmir işləri aparılacaq:

1. 30 aprel saat 08:00-dan 01 may saat 20:00-dək Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsində. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti TAM məhdudlaşdırılacaq. 

2. 30 aprel saat 08:00-dan 01 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü). Aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti QİSMƏN məhdudlaşdırılacaq.

3. 01 may saat 08:00-dan saat 20:00-dək Heydər Əliyev prospektində Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində).  Aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti QİSMƏN məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.