İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib MƏLUMAT

8 Aprel 2022- 14:56
11 İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib

İsmayıllı-Lahıc avtomobil yolunda yolun hərəkət hissəsinə tökülən qaya parçaları əraziyə texnika və qüvvə cəlb edilərək təmizlənib.

Artıq yolda hərəkət bərpa edilib, hər hansı problem yoxdur.

Hazırda ərazidə güclü külək müşahidə olunur. Küləyin xırda daşların yola doğru tökülməsinə səbəb ola biləcəyi ehtimalı nəzərə alınaraq hər hansı problem müşahidə edilməməsi üçün ərazi agentliyin xüsusi texnikalardan ibarət qrupu tərəfindən nəzarət altında saxlanılır.

 

YOLUNUZ AÇIQ OLSUN...