Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 18 yanvar 10:00 MƏLUMAT

18 Yanvar 2022- 10:47
11 Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 18 yanvar 10:00

1 “ZƏFƏR” yolu 
Yağıntı yoxdur, 17-19 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


2 Toğanalı-Kəlbəcər-İstisu 
Yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 15-17 dərəcə, Murovdağ yüksəkliyində 22-28 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir və hazırda bununla bağlı  müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.


3 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi 
Yağıntı yoxdur, Xınalıq ərazisində 10 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.


4 Giləzi - Xızı 
Hazırda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.


5 Bakı - Qobustan 
Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.


6 Qobustan - Şamaxı - Muğanlı 
Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.


7 Muğanlı - Ağsu - Yevlax 
Yağıntı yoxdur, Muğanlı ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.


8 Muğanlı - İsmayıllı 
Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


9 İsmayıllı - Qəbələ - Oğuz- Şəki 
Yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.


10 Şəki - Qax - Zaqatala 
Yağıntı yoxdur, Şəki və Qax rayonları ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


11 Yevlax - Şəki (Göybulaq) 
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


12 Şəmkir - Gədəbəy 
Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14, Şəmkir rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


13 Gəncə - Daşkəsən - Xoşbulaq 
Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 17  dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


14 Ələt - Astara 
Marşrut boyu yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.


15 Masallı – Yardımlı 
Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.


16 Lənkəran – Lerik 
Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.


17 Bakı- Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədi
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 


18 Hacıqabul – Bəhramtəpə – Horadiz 
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


YOLUNUZ AÇIQ OLSUN..