Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 17 yanvar 17:00 MƏLUMAT

17 Yanvar 2022- 17:19
11 Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında - 17 yanvar 17:00

1   “ZƏFƏR” yolu - Yağıntı yoxdur, 7-9 dərəcə şaxta var. Gün ərzində yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

2   Toğanalı-Kəlbəcər-İstisu - Yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 4-5 dərəcə, Murovdağ yüksəkliyində 7-12 dərəcə şaxta var. Gün ərzində yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

3   Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi - yağıntı yoxdur, Xınalıq ərazisində 5 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

4   Giləzi - Xızı - Hazırda yağıntı yoxdur, 2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5   Bakı - Qobustan - Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

6   Qobustan - Şamaxı - Muğanlı - Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 1 dərəcə şaxta var,  yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

7    Muğanlı - Ağsu - Yevlax - Yağıntı yoxdur, Muğanlı ərazisində 1-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

8    Muğanlı - İsmayıllı - Yağıntı yoxdur, gün ərzində yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

9   İsmayıllı - Qəbələ - Oğuz- Şəki - Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 1-2 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə şaxta var, hava küləklidir. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

10   Şəki - Qax - Zaqatala  - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

11   Yevlax - Şəki (Göybulaq) - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

12   Şəmkir - Gədəbəy - Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 7-8, Şəmkir rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


13    Gəncə - Daşkəsən - Xoşbulaq - Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

14    Ələt - Astara - Marşrut boyu yağıntı yoxdur, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15    Masallı – Yardımlı - Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

16    Lənkəran – Lerik - Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində yağıntı yoxdur. 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17    Ələt – Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

18    Hacıqabul – Bəhramtəpə – Horadiz - Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

YOLUNUZ AÇIQ OLSUN...