İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

13 Yanvar 2022- 14:09
11 İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissəndə və bərkidici zolaqda yuyulma qeydə alınıb.

Yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.  

Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır.

Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub.

YOLUNZ AÇIQ OLSUN...