Az    |     Ru    |     En
      

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə cəlb edilən işçi heyət tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, onların mina hadisəsindən qorunması, partlayıcı sursatlarla bağlı risqlərin azaldılması məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları üçün Minatəmizləmə Agentliyi  Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirib.

 

Azad edilmiş ərazilərdə xidmət göstərən agentliyin təhlükəsizliyə cavabdeh 64 vəzifəli şəxsi təlimdə iştirak edib və onlara “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə Şəhadətnaməsi” təqdim edilib.

 

Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub, həmçinin müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib.

 

Təlimdə iştirak edənlər partlayıcı sursatlarla çirkləndirilmiş ərazilərdə işə cəlb edilən bütün işçiləri əsaslandırılmış qaydada təlimatlandırmaq məqsədi ilə əyani vəsaitlərlə təmin edilib.

 

Bundan başqa iştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini əks etdirən maarifləndirici və xəbərdaredici broşürlər və posterlər, eləcə də əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçası təqdim olunub.

06.10.2021

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin