Az    |     Ru    |     En
      

25 avqust  saat 21-00-dan 26 avqust  saat 06-00-dək Bakı şəhəri, Nərimanov rayonunun Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.​

 

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

 

25.08.2021

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin