Bu ərazilərdə təmir işləri aparılır

12 May 2021- 09:11
11 Bu ərazilərdə təmir işləri aparılır

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri davam etdirilir.

Hazırda təmir işləri aparılan Suraxanı rayonu İlqar Musayev küçəsində işlərin bu gün axşam saatlarınadək yekunlaşdırılması nəzərdə tutulur.

Sözügedən ərazi ilə yanaşı cari təmir işləri aparılan Sabunçu rayonu Şəhər şossesi ərazisində isə təmir 13 may tarixinədək davam edəcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.