İri qabaritli, ağır çəkili nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə

5 Fevral 2016- 00:00
11 İri qabaritli, ağır çəkili nəqliyyat vasitələrinin sürücülərinin nəzərinə

          Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 07 iyul tarixində təsdiq edilmiş 104 nömrəli qərarı ilə müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri Azərbaycan Respublikasının “Azəryolservis” Açıq Səhmdar Cəmiyəti tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidirlər.

          Əks halda yol hərəkətinin təhlükəsizliyi nəzərə alınaraq həmin avtonəqliyyat vasitələri hərəkətdən kənarlaşdırılacaqlar. Onların hərəkəti xüsusi icazə alındıqdan və yalnız təyin olunmuş marşrut üzrə bərpa oluna bilər.