Az    |     Ru    |     En
      

Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

 

Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

22.01.2021

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin