Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

28 Avqust 2020- 15:57
11 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

29 avqust tarixində səhər saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq. 

Bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. 

 

Sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur. 

Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik.