Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

10 İyul 2020- 15:47
11 Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Ziya Bünyadov prospektinin   “20 yanvar” istiqamətindən  “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş həmçinin   Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.  Alternativ olaraq sürücülər  Ziya Bünyadov prospektinin o cümlədən  Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

                                          Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.