Bu yollarda xətlənmə və təmir işləri aparılacaq

13 May 2020- 09:27
11 Bu yollarda xətlənmə və təmir işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə bu gün axşam saatlarınadək Moskva prospektinin köməkçi yolunda (Şamaxı yolu adlanan ərazi), Bakı Dairəvi-1 avtomobil yolu və Sumqayıt yolu (Masazır dairəsi istiqamətində), həmçinin 28 may küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi və qeyd olunan yolların bəzi hissələrində əyrixətli dəmir tirlərin təmiri işləri aparılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.