Naxçıvanski küçəsinin bir hissəsi təmirə bağlanır

12 Yanvar 2016- 00:00
11 Naxçıvanski küçəsinin bir hissəsi təmirə bağlanır

         Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 13 yanvar 2015-ci il tarixində səhər saatlarından etibarən Nizami rayonu Naxçıvanski küçəsinin Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospekti istiqamətinə doğru olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Yaranacaq müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.