DİQQƏT! Bu küçələrdə rənglənmə işləri aparılacaq

8 Oktyabr 2019- 10:17
11 DİQQƏT! Bu küçələrdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Xətai rayonu, Səmədbəy Mehmandarov və Yasamal rayonu, Şəfayət Mehdiyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.