Quba-Xınalıq yolu açıldı

22 Dekabr 2015- 00:00
11 Quba-Xınalıq yolu açıldı

              Bu gün Quba-Xınalıq yolunda dağlardakı qar kütləsi əriyərək yola doğru uçub. Qar uçqunu yolun bağlanmasına səbəb olub. Hadisə Quba-Xınalıq yolunun 36-38-ci kilometrlik hissələrində baş verib. Ümumilikdə 6 yerdə qar uçqunu qeydə alınıb. Dərhal əraziyə “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikaları cəlb olunub. Texnikanın çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti bərpa edilib.