Diqqət! Bu ərazilərdə təmir işləri aparılır

8 İyul 2019- 14:38
11 Diqqət! Bu ərazilərdə təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunun 0-7 km-lik hissəsində avtonəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

 

Analoji işlər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun 10-45-ci km-lik hissəsində də aparılır.

 

Bu üzdən sürücülərdən sözügedən yollarla hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.