Diqqət! Rənglənmə işləri aparılır

14 İyun 2019- 11:14
11 Diqqət! Rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək  Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

 

Analoji işlər Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunda (Zabrat dairəsindən Pirşağı qəsəbəsinə kimi) axşam saat 22:00-dan səhər saatlarınadək aparılacaq .

 

Bu üzdən,sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.