Diqqət! Bu yollarda xətlənmə işləri aparılır

1 May 2019- 12:19
11 Diqqət! Bu yollarda xətlənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində bu gün axşam saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

 

Bundan başqa anoloji işlər axşam saat 22 00-dan səhər saatlarına kimi isə Heydər Əliyev prospektinin hər iki istiqamət üzrə köməkçi yolarında da aparılacaq.

 

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.