Bu yolda xətlənmə işləri aparılacaq

30 Aprel 2019- 16:42
11 Bu yolda xətlənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospekti, Böyük Şor yol qovşağından Yusif Səfərov küçəsinin kəsişməsinə qədər olan hissədə üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.