Diqqət! Bu yollarda təmir işləri aparılır

29 Aprel 2019- 11:27
11 Diqqət! Bu yollarda təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı şəhəri, Nəriman Nərimanov  küçəsinin hər iki tərəfində, həmçinin Heydər Əliyev prospekti Böyük Şor qovşağı ilə  Sabunçu yol qovşağının kəsişməsində, 29 aprel gündüz və gecə saatlarında nəqliyyat qəzaları nəticəsində yararasız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.