Diqqət! Bu yollarda xətlənmə işləri aparılır

17 Aprel 2019- 11:47
11 Diqqət! Bu yollarda xətlənmə işləri aparılır

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri,Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində bu gün günorta saat 12:00-dan axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin axşam saat 23 00-dan səhər saatlarına qədər Mirzəağa Əliyev  və Səməd Vurğun küçələrinin kəsişməsində  sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə  xətlənmə işləri aparılacaq .

 

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.