DİQQƏT! Bu ərazidə hərəkət qısa müddətlik məhdudlaşdırılır - XƏRİTƏ

10 Aprel 2019- 16:28
11 DİQQƏT! Bu ərazidə hərəkət qısa müddətlik məhdudlaşdırılır - XƏRİTƏ

Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Bülbül və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Qeyd edək ki, sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.