DİQQƏT! Bu yollarda xətlənmə işləri aparılacaq

2 Aprel 2019- 13:51
11 DİQQƏT! Bu yollarda xətlənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-32 km –lik hissəsində, həmçinin sözügedən yolun 81-ci km-dən ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun 89-116 km hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq. İşlər 5 aprel tarixinə qədər davam edəcək. 

 

Sürücülərdən bu müddət rəzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.