Təmir işləri ilə əlaqədar hərəkət qısa müddətlik məhdudlaşdırılıb

30 Noyabr 2015- 00:00
11 Təmir işləri ilə əlaqədar hərəkət qısa müddətlik məhdudlaşdırılıb

         Təmir-tikinti işləri ilə əlaqədar Nizami rayonu Mikayıl Əliyev küçəsinin bir hissəsində qısa müddətlik nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.

 

        Hərəkətin məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədən üzü Babək prospektinə doğru olan 700 metrlik hissəsində tətbiq olunub.

        

         Sözügedən ərazidə təmir-tikinti işləri yekunlaşandan sonra küçənin digər hissəsinin, Babək prospektinə qədər olan 750 metrlik ərazinin nəqliyyat vasitələrinin hərəkəti üçün qısa müddətlik məhdudlaşdırılması planlaşdırılır.

 

         Yaranmış müvəqqəti narahatlığa görə, “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.