Bu yollarda rənglənmə işləri aparılacaq

12 Sentyabr 2018- 14:49
11 Bu yollarda rənglənmə işləri aparılacaq

AAYDA və BNA-nin birgə məlumatı

 

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospektində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

 

Bundan başqa axsam saat 22:00-dan başlayaraq Rexard Zorge,Kövkəb Səfərəliyeva və Puşkin küçələrində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.