Sürücülər bu ərazilərdə diqqətli olsunlar

11 Sentyabr 2018- 11:29
11 Sürücülər bu ərazilərdə diqqətli olsunlar

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan-Ələt hissəsinə lövhə montaj işləri aparılır.

 

Bundan başqa sözügedən yolun Şıxov qəsəbəsindən keçən hissəsində, həmçinin Bakı şəhəri, Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Rixard Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

 

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.