Bu yollarda rənglənmə və təmir işləri aparılır

26 İyul 2018- 10:16
11 Bu yollarda rənglənmə və  təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45—52 km-lik hissəsində, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-360 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bundan başqa Bakı şəhərində təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu rayonu, Sabunçu yol qovşağında üfiqi nişananma xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.