Sabunçu-Zabrat yolunda rənglənmə işləri aparılır

27 İyun 2018- 09:51
11 Sabunçu-Zabrat yolunda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

 

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.