Diqqət ! 3 ərazidə rənglənmə işləri aparılır

11 İyun 2018- 11:49
11 Diqqət ! 3 ərazidə rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq.

 

Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.