DİQQƏT! Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

10 May 2018- 14:33
11 DİQQƏT! Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

AAYDA və BNA-nin birgə məlumatı

 

Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində 12 may tarixində gecə saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

 

Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.

 

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.