DİQQƏT! Rənglənmə ilə əlaqədar hərəkət qısa müddətlik məhdudlaşdırılır

10 May 2018- 14:27
11 DİQQƏT! Rənglənmə ilə əlaqədar hərəkət qısa müddətlik məhdudlaşdırılır

AAYDA və BNA-nin birgə məlumatı

 

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 10 may 2018-ci il tarixində səhər saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq. 

 

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

 

Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.