2 ərazidə hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

6 Aprel 2018- 14:34
11 2 ərazidə hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Aparılan təmir işləri ilə əlaqədar bu gecə iki ərazidə hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.

 

Məhdudlaşdırma qısa müddətlik Nərimanov rayonu Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətindən tətbiq ediləcək.

 

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.