Mikayıl Əliyev küçəsində hərəkət bərpa olundu

17 Noyabr 2015- 00:00
11 Mikayıl Əliyev küçəsində hərəkət bərpa olundu

          “Azəryolservis” ASC tərəfindən Nizami rayonu Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsi təmir olunaraq yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

 

         Küçənin sözügedən hissəsində təmir-tikinti işləri Prezident İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəryolservis” ASC tərəfindən aparılan komleks tədbirlər çərçivəsində həyata keçirilib.