Sürücülərin nəzərinə!! Hərəkət qısa müddətlik məhdudlaşdırılır

12 Dekabr 2017- 16:48
11 Sürücülərin nəzərinə!! Hərəkət qısa müddətlik məhdudlaşdırılır

Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah (13 dekabr) səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

 

Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.