DİQQƏT! Bu gecə yol qovşağında rənglənmə işləri aparılacaq

18 Oktyabr 2017- 12:52
11 DİQQƏT! Bu gecə yol qovşağında rənglənmə işləri aparılacaq

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri çərçivəsində bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsində yerləşən yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

 

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) mədudlaşdırılacaq.

 

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

 

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.