DİQQƏT! Magistral yolda rənglənmə işləri davam etdirilir

20 Oktyabr 2017- 09:51
11 DİQQƏT! Magistral yolda rənglənmə işləri davam etdirilir

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

 

Belə ki, bu gün və sabah (20-21 oktyabr) saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

 

Rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır!

 

Adı çəkilən ərazidə sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişalarına uyöun hərəkət etmələri xahiş olunur.